İraqda "Telegram" qadağan edilib
İraq hakimiyyəti milli təhlükəsizliklə bağlı narahatlıqları və yerli qanunvericiliyin tələblərinə əməl olunmamasını əsas gətirərək "Telegram" messencerinin ölkə ərazisində fəaliyyətini qadağan edib.
Crossmedia.az xəbər verir ki, İraqın Milli Xəbər Agentliyi (NINA) bu barədə məlumat yayıb.
Bildirilib ki, qərar İraqın Rabitə və Media Komissiyası tərəfindən Baş nazirin göstərişi əsasında qəbul olunub.
Qurumun açıqlamasına görə, "Telegram" rəhbərliyi platformada qanunvericiliyə zidd məzmunun qarşısını almaq üçün tələb olunan tədbirləri görməyib və ölkənin hüquqi tələblərinə əməl etməyib.
Rəsmi Bağdad platformadan ekstremizm, zorakılıq və nifrət çağırışlarının yayılmasının, eləcə də kibercinayətkarlıq məqsədilə istifadənin qarşısını almağı hədəflədiyini bildirib.
Qeyd olunub ki, "Telegram" rəhbərliyinə hüquqi və tənzimləyici tələblərə uyğunlaşmaq üçün 30 gün vaxt verilib.
16:35 16.11.2026
Oxunuş sayı: 98