Rusiya Ukraynaya yeni kütləvi hücuma hazırlaşır
Rusiya Ukraynanın enerji və kritik infrastruktur obyektlərinə növbəti genişmiqyaslı hücuma hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "UNIAN" agentliyi bu barədə məlumat yayıb.
İqnatın sözlərinə görə, Ukrayna tərəfi artıq bir neçə gündür Rusiyanın yeni hücum planları barədə məlumatlar alır.
"Artıq bir neçə gündür düşmənin növbəti zərbəyə hazırlaşdığı barədə məlumatlar əldə edirik. Rusiya enerji infrastrukturumuza hücum etmək planlarından imtina etməyib", – deyə o bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü qeyd edib ki, Kiyev hazırda beynəlxalq tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün əlavə hərbi yardım gözləyir.
Onun sözlərinə görə, Ukraynanın xüsusilə zenit topları və döyüş təyyarələri üçün sursata, həmçinin qısa və orta mənzilli raketlərə ehtiyacı var.
17:34 16.11.2026
Oxunuş sayı: 74