Polşa XİN rəhbəri: Rusiya artıq qlobal supergüc deyil
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ, Çin və Rusiya liderlərinin Çində planlaşdırılan üçtərəfli görüşünü tənqid edərək Rusiyanın artıq qlobal supergüc olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Avropa Pravdası" nəşri bu barədə məlumat yayıb.
Sikorski noyabrın 16-da Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında Donald Tramp, Si Cinpin və Vladimir Putinin planlaşdırılan görüşünə münasibət bildirib.
"Fikrimcə, bu, Rusiyanın çoxdan itirdiyi qlobal supergüc statusuna süni şəkildə yüksəldilməsi deməkdir", – deyə nazir vurğulayıb.
Polşa XİN rəhbəri hesab edir ki, belə bir görüşdə Rusiya əvəzinə Avropa İttifaqı təmsil olunmalıdır.
"Görüş Çin, ABŞ və Avropa İttifaqından ibarət üçbucaq formatında keçirilməlidir", – deyə Sikorski bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək sammit çərçivəsində görüşü planlaşdırılır.
Üçtərəfli görüşdə beynəlxalq təhlükəsizlik və nüvə silahlarına nəzarət məsələlərinin müzakirəsi gözlənilir.
17:51 16.11.2026
Oxunuş sayı: 65