Tramp Putin və Si Cinpinlə üç mühüm məsələni müzakirə edəcək – Siyahı açıqlandı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşdə nüvə silahlarının azaldılması, İran və Ukrayna məsələlərini müzakirə edəcəyini bildirib.Bu barədə Tramp çıxışı zamanı danışıb.
Crossmedia.az xəbər verir ki, onun çıxışının videoyazısı “C-SPAN” portalında yayımlanıb.
ABŞ prezidenti İranla bağlı vəziyyətin yaxşı olduğunu, buna baxmayaraq, görüşdə bu ölkə ilə bağlı məsələlərə də toxunacaqlarını deyib.
“İranla bağlı vəziyyətimiz çox yaxşıdır, lakin bu barədə bir qədər danışacağıq. Mənim sevimli mövzum – Ukraynanı da müzakirə edəcəyik”, – Tramp bildirib.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Putin, Tramp və Si Cinpinin görüşü isə noyabrın 19-na planlaşdırılıb.
18:59 16.11.2026
Oxunuş sayı: 42