Moskva Avropaya şərt qoydu — Uşakovdan Aİ-yə MESAJ
Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakı məsələsi Rusiyanın Avropadan konstruktiv təkliflər alacağından sonra gündəmə gələ bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Moskva Avropadan Ukrayna münaqişəsinin həlli ilə bağlı konstruktiv təkliflər gözləyir. Belə təkliflər daxil olduqdan sonra Avropa İttifaqının danışıqlarda iştirakı məsələsinə baxıla bilər.
Uşakovun açıqlaması Moskvanın Avropa ölkələrinin danışıqlar prosesinə qoşulması ilə bağlı mövqeyini bir daha ortaya qoyub.
19:58 16.11.2026
Oxunuş sayı: 39