Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.
42 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
20:03 16.11.2026
Oxunuş sayı: 36