Rusiyada ilin əvvəlindən 211 ayı öldürülüb
Rusiyanın Altay Respublikasında 2026-cı ilin əvvəlindən indiyədək 211 ayı öldürülüb. Onların əksəriyyətinin yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, ayıların yaşayış məntəqələrinə yaxınlaşması yerli əhali üçün təhlükə yaradıb.
TASS-ın hesablamalarına görə, bu il Rusiyanın 40-dan çox regionunda ayıların yaşayış məntəqələrinə daxil olması və ya onlara yaxınlaşması halları qeydə alınıb.
Ən mürəkkəb vəziyyətin Şərqi Sibirdə müşahidə olunduğu vurğulanıb.
00:01 17.11.2026
Oxunuş sayı: 31