Lukaşenkonun yəhudilərlə bağlı sualı diqqət çəkdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Yəhudi Muxtar Vilayətinin rəhbəri Mariya Kostyukla görüşündə bölgədə yaşayan etnik yəhudilərin sayı ilə maraqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti görüşün videoyazısını yayımlayıb.
Görüş zamanı Lukaşenko vilayətdə yəhudilərin ümumi əhali arasında payının nə qədər olduğunu soruşub.
“Bəs orada nə qədər yəhudi var? Faiz nisbətində? Axı orada hamı yəhudi deyil. Hər şey, necə deyərlər, qarışıb. Bəs yəhudilərin sayı nə qədərdir?” – Belarus lideri bildirib.
Nümayəndə heyətinin üzvü cavabında hazırda Yəhudi Muxtar Vilayətində etnik yəhudilərin ümumi əhalinin 1 faizindən azını təşkil etdiyini deyib.
Qeyd edək ki, Yəhudi Muxtar Vilayəti Rusiyanın Uzaq Şərqində yerləşir və 1934-cü ildə yaradılıb. Vilayət tarixən yəhudi muxtariyyəti kimi formalaşdırılsa da, hazırda əhalinin böyük əksəriyyətini etnik ruslar təşkil edir.
20:26 16.11.2026
Oxunuş sayı: 168