Rusiya XİN rəhbərindən Avropaya ittiham
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın Ukrayna münaqişəsinin həllində dəfələrlə vasitəçi rolunu oynamaq imkanı qazandığını, lakin bu cəhdlərin nəticəsiz qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Lavrov TASS və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə müsahibəsində danışıb.
Nazir xatırladıb ki, 2014-cü ilin fevralında Fransa, Almaniya və Polşa Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşmanın təminatçıları kimi çıxış ediblər.
Lavrovun sözlərinə görə, razılaşmadan cəmi bir gün sonra Ukraynada dövlət çevrilişi baş verib. O, Avropa ölkələrinin bu hadisələrə münasibətini də tənqid edib.
Rusiya XİN rəhbəri 2015-ci ildə imzalanan Minsk razılaşmalarını, 2019-cu ildə Normandiya formatında keçirilən görüşləri və 2022-ci ilin aprelində Ukrayna ilə Rusiya arasında əldə olunması nəzərdə tutulan razılaşmaları da Avropanın vasitəçilik imkanlarının nəticəsiz qalmasına nümunə göstərib.
Lavrovun iddiasına görə, 2022-ci ilin aprelində Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna tərəfinin təklif etdiyi və ilkin razılaşdırılmış sənədin imzalanmasına mane olub.
O, həmçinin Avropa ölkələrini Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyərkən Rusiyaya qarşı ultimatum xarakterli mövqe sərgiləməkdə ittiham edib.
21:22 16.11.2026
Oxunuş sayı: 50