Aİ Ukraynaya silah alınması üçün 1,76 milyard avro köçürdü
Avropa Komissiyası Ukraynaya raket, pilotsuz uçuş aparatları (PUA), döyüş sursatları və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 1,76 milyard avro köçürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində ayrılıb.
Balaş Uyvari bildirib ki, Ukrayna bu maliyyə hesabına ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raketlər ala bilməyəcək. Çünki ayrılan vəsait çərçivəsində satın alınacaq bütün silahlar Avropa İttifaqı ölkələrində və Ukraynada istehsal olunmalıdır.
Qeyd edək ki, 1,76 milyard avro Avropa İttifaqı Şurasının daha əvvəl təsdiqlədiyi 8 milyard avroluq maliyyə paketinin bir hissəsidir.
21:35 16.11.2026
Oxunuş sayı: 47