Lavrov: ABŞ ilə problemlərin aradan qaldırılması üzrə danışıqlar ləng gedir
Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdəki problemlərin aradan qaldırılması üzrə danışıqlar istənilən sürətlə irəliləmir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, proses çətin gedir və ABŞ dövlət katibi Marko Rubio ilə görüşlərində bu məsələləri mütəmadi gündəmə gətirir.
Nazir diplomatik nümayəndəliklərin normal fəaliyyəti, diplomatların hərəkət imkanları, birbaşa aviareyslərin bərpası və müsadirə edilmiş Rusiya mülkiyyətinin qaytarılması məsələlərinin hələ də həllini tapmadığını qeyd edib.
23:07 16.11.2026
Oxunuş sayı: 28