20:25 25.09.2026
Bank kartlarında “limit” MƏSƏLƏSİ: Vətəndaşlar kart ala bilməyəcək?
47
Azərbaycanda bank müştərilərinin istifadə etdiyi ödəniş kartlarının sayına risk əsaslı yanaşma tətbiq edilir. Azərbaycan Banklar Assosiasiyasının açıqlamasına görə, əməkhaqqı, pensiya və sosial ödənişlər, sahibkarlıq və depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankda bir məhsul üzrə milli və xarici valyutada bir ödəniş kartı nəzərdə tutulur. Lakin bu limitlər qəti xarakter daşımır. Müştəri kartdan istifadə məqsədini əsaslandıra və əməliyyatların qanunauyğunluğu ilə bağlı bankda kifayət qədər əsas yarada bildikdə, əlavə kartların verilməsi mümkün olacaq.