Kallas: Ukrayna müharibəni daha tez bitirmək üçün Rusiyanın neft emalı zavodlarına zərbələr endirir
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının müharibənin daha tez başa çatmasına yönəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kallas bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi vəsaitlərin böyük hissəsi neft gəlirlərindən əldə olunur.
Kallas vurğulayıb ki, təzyiq Ukraynaya deyil, Rusiyaya göstərilməlidir.
20:55 15.10.2026
Oxunuş sayı: 60