ABŞ “Lukoil”un xarici aktivləri ilə əməliyyatlara icazəni uzadıb
ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoil” şirkətinin xaricdəki yanacaqdoldurma məntəqələri və Bolqarıstandakı törəmə müəssisələri ilə əməliyyatlara icazənin müddətini 2027-ci il aprelin 24-dək uzadıb.
Crossmedia.az xəbər verir ki, müvafiq ümumi lisenziyalar Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunub.
İcazə Rusiyadan kənarda fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə əməliyyatları əhatə edir.
Sənədlər, həmçinin Bolqarıstandakı Lukoil Neftohim Burgas, Lukoil Bulgaria, Lukoil Aviation Bulgaria və Lukoil Bulgaria Bunker şirkətləri ilə əməliyyatlara şamil olunur.
Xaricdəki yanacaqdoldurma məntəqələri ilə əməliyyatlara icazə verən əvvəlki lisenziyanın müddəti 2026-cı il oktyabrın 29-da başa çatmalı idi.
08:35 16.10.2026
Oxunuş sayı: 62