21:00 13.11.2026
Azərbaycan dünyanın güc mərkəzləri ilə strateji tərəfdaşlıq qurur - Bakı regionun əsas siyasi, iqtisadi və enerji mərkəzinə çevrilir
124
Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı Azərbaycan diplomatiyası baxımından mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin bir gün ərzində Avropanın aparıcı siyasi aktorları, dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığının müzakirəsi, eləcə də Ermənistanın baş naziri ilə təmaslar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun növbəti nümayişi oldu. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji resursları ilə tanınan ölkə deyil. Bakı Avropanın enerji təhlükəsizliyində, Şərq-Qərb nəqliyyat bağlantılarında, regional təhlükəsizlikdə və yeni geosiyasi arxitekturanın formalaşmasında mühüm tərəfdaşdır. Bu, İlham Əliyevin formalaşdırdığı yeni siyasi reallığın əsas göstəricilərindəndir.