Prezident Ərdoğan və Qətər Əmiri danışıqlar masası arxasında — 5 mühüm saziş
Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani İstanbuldakı Dolmabahçe İş Ofisində görüşüblər.
Crossmedia.az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, görüşdən sonra Türkiyə ilə Qətər arasında müdafiə, ticarət, təhsil və diplomatiya sahələrini əhatə edən beş saziş imzalanıb.
İki liderin şəxsən imzaladığı Qarşılıqlı Müdafiə Sazişi xüsusilə diqqət çəkib.
Qapalı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak ediblər. Müzakirələr zamanı Türkiyə ilə Qətər arasındakı siyasi, iqtisadi və strateji əlaqələr, eləcə də regional və qlobal proseslər qiymətləndirilib.
19:40 13.11.2026
Oxunuş sayı: 122