Türk və israilli akademik arasında canlı efirdə gərginlik – Aparıcı yayımı dayandırdı
İsrailin i24 News telekanalında Türkiyə və Fələstin məsələləri ilə bağlı müzakirə zamanı türk akademik Muhannad Hafızoğlu ilə israilli akademik Meir Masri arasında kəskin mübahisə yaşanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.
Mübahisə Masrinin Türkiyənin siyasətinə və HƏMAS-a münasibətinə yönəltdiyi tənqidlərlə başlayıb.
Hafızoğlu isə HƏMAS-ın İsrailin işğalı altında olan torpaqlarını müdafiə edən müqavimət hərəkatı olduğunu bildirib. O, İsrailin Qəzza və İordan çayının qərb sahilindəki siyasətini də tənqid edib.
Müzakirə zamanı Kipr məsələsi də gündəmə gəlib. Türkiyənin bu məsələdə müstəqil qərar verdiyini vurğulayan Hafızoğlu israilli həmkarına “Qərarı biz veririk, böyükləri dinlə” deyib. Ardınca tərəflər arasında mübahisə daha da qızışıb.
Gərginliyin artması və mübahisənin idarəolunmaz hala gəlməsi səbəbindən proqramın aparıcısı canlı yayımı dayandırmaq məcburiyyətində qalıb.
19:26 13.11.2026
Oxunuş sayı: 105