Mertsin təklifi Avropa ölkələrini üz-üzə qoydu
Almaniya kansleri Fridrix Mertsin Ukraynaya maliyyə yardımı üçün Avropa İttifaqının (Aİ) yeddiillik büdcəsinə xüsusi fondların daxil edilməsi təklifi Avropa ölkələrində etirazlara səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, təklif Aİ-nin yoxsul ölkələrinə ayrılan maliyyə vəsaitlərinin azaldılması ehtimalını gündəmə gətirdiyi üçün bir sıra dövlətlərin narazılığı ilə qarşılanıb.
Etiraz edən ölkələr arasında Ukraynanın maliyyələşdirilməsində əvvəldən iştirak etmək istəməyən Bolqarıstan, Macarıstan, Çexiya və Slovakiya ilə yanaşı, Kiyevin fəal tərəfdarları hesab olunan Sloveniya və İrlandiya da var.
Beləliklə, Mertsin təşəbbüsü Ukraynaya dəstək məsələsində Aİ daxilində mövcud fikir ayrılıqlarını daha da üzə çıxarıb.
21:38 13.11.2026
Oxunuş sayı: 94