Almaniya kansleri ABŞ-yə müraciət etdi: Heç bir sürpriz olmasın
Almaniya kansleri Fridrix Merz Avropa ölkələrinin Ukrayna məsələsində ABŞ administrasiyasının gözlənilməz qərarlar qəbul edə biləcəyindən narahat olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merz bu barədə Dublində çıxışı zamanı danışıb.
O, qeyd edib ki, bəzi avropalılar Ukrayna məsələsində mümkün yeni qərarın Ankorik sammitində yaşanan vəziyyətə bənzəyə biləcəyindən ehtiyat edirlər.
Almaniya kansleri bu səbəbdən ABŞ-yə müraciət edərək gözlənilməz addımlar atmamağa çağırıb.
“Bununla əlaqədar ABŞ-yə mesajımızı bir daha çatdırmaq istəyirəm: xahiş edirik, heç bir sürpriz olmasın”, – Merz vurğulayıb.
21:00 13.11.2026
Oxunuş sayı: 116