Ermənistan və ABŞ “Tramp marşrutu”nu müzakirə edib
Ermənistan və ABŞ arasında işçi qrupunun videokonfrans formatında keçirilən iclasında “Tramp marşrutu” layihəsinin icrası və iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiyanın həyata keçirilməsi, nadir torpaq elementləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdən bir gün əvvəl Ermənistanda TRIPP layihəsi ilə bağlı qanunvericilik dəyişiklikləri qəbul edilib.
23:11 13.11.2026
Oxunuş sayı: 65