"TASS" Avropa Xəbər Agentlikləri Alyansından çıxarılıb
Rusiyanın TASS dövlət informasiya agentliyi Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvlüyündən xaric edilib. Qərar alyansın Baş Assambleyası tərəfindən qəbul olunub, lakin bunun səbəbləri açıqlanmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
EANA-nın rəsmi saytında yayılan məlumatda TASS-ın təşkilatın tərkibindən çıxarıldığı bildirilib.
TASS isə qərarla bağlı agentliyə əvvəlcədən məlumat verilmədiyini və xaric edilməsinin səbəblərinin izah olunmadığını açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin fevralında EANA Şurası TASS-ın üzvlüyünün dayandırılması barədə xəbərdarlıq etmişdi. Buna səbəb Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) tətbiq etdiyi məhdudiyyətlər olub.
Alyans həmin məhdudiyyətlərin TASS-ın qərəzsiz xəbər mənbəyi kimi fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırdığını bildirmişdi.
23:42 13.11.2026
Oxunuş sayı: 61