ABŞ iqtisadiyyatında inflyasiya təzyiqi güclənir
ABŞ-da istehsalçı qiymətləri üzrə illik inflyasiya oktyabr ayında 6,5 faizə yüksələrək 2022-ci ilin noyabrından bəri ən yüksək həddə çatıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı göstəricilərə əsasən, illik istehsalçı inflyasiyası sentyabrda qeydə alınan 6,3 faizdən oktyabrda 6,5 faizə yüksəlib.
Aylıq müqayisədə isə istehsalçı qiymətləri 0,3 faiz artıb. Bu göstərici sentyabrda 1,4 faiz təşkil edib.
Oktyabr ayında malların qiymətləri 0,5 faiz, xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətlərində 1,3 faizlik artım qeydə alınıb.
Bundan əlavə, aralıq istehsalda istifadə olunan emal edilmiş məhsulların qiymətləri illik müqayisədə 14,6 faiz artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə yüksəlib.
18:58 13.11.2026
Oxunuş sayı: 107