İsraildə Liberman üçün yeni vəzifə müəyyənləşdi
İsrailin Yisrael Beiteinu partiyasının lideri Aviqdor Liberman Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri vəzifəsini icra edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Liberman noyabrın 16-da vəzifəsinin icrasına rəsmən başlayacağını açıqlayıb.
O, bu təyinatı İsraildə sabit parlament çoxluğuna malik yeni hökumətin formalaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirib.
Liberman bildirib ki, komitə ölkənin təhlükəsizlik strukturlarına nəzarət etməklə yanaşı, hərbi qərarların siyasi məqsədlər üçün qəbul edilməsinin qarşısını almaqda da mühüm rol oynayır.
Qeyd edək ki, bu proses oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra İsraildə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar fonunda baş verir. Prezident İsxak Hersoq hökuməti formalaşdırmaq mandatını Qadi Eyzenkota verib. Eyzenkotun hökumətə rəhbərlik etmək üçün Knessetin 120 üzvündən ən azı 61-nin dəstəyini qazanması lazımdır.
18:48 13.11.2026
Oxunuş sayı: 109