Azərbaycanda döyüş atlarına həsr olunan rəsm sərgisi keçiriləcək
Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin (Azərbaycan hərb ənənəsində döyüş atı)” adlı rəsm sərgisinin bağlanış mərasimi keçiriləcək.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tədbir saat 12:00-da başlayacaq.
Vətən müharibəsinin ildönümünə həsr olunan sərgidə Azərbaycan hərb ənənəsində döyüş atlarının mövzusuna müraciət edilir.
22:57 13.11.2026
Oxunuş sayı: 79