Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunmuş konsert keçiriləcək
Yunus Əmrə İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin dəstəyi ilə dirijor Yıldırım Bekçinin rəhbərliyi altında London Türk Klassik Musiqisi Xoru 19 noyabr 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzində sənətsevərlərlə görüşəcək.
Bu barədə Crossmedia.az-a Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin 6-cı ildönümü və Şimali Kipr Türk Respublikasının qurulmasının 43-cü ildönümü münasibətilə təşkil edilən konsertdə türk klassik musiqisinin seçilmiş əsərlərindən ibarət xüsusi repertuar təqdim olunacaq.
"2005-ci ildə İngiltərədə yaşayan Kipr türk qadınları tərəfindən qurulan xor, bu xüsusi axşamda Azərbaycan, Türkiyə və Kipr türk icması arasındakı qardaşlıq bağlarını musiqinin birləşdirici gücü ilə eyni səhnədə bir araya gətirəcək", - məlumatda qeyd olunur.(Bakıvaxtı.az)
17:58 13.11.2026
Oxunuş sayı: 110