Azərbaycan U-19 Avropa çempionatında 13 boksçu ilə təmsil olunacaq
Azərbaycanın 19 yaşadək boksçulardan ibarət yığması Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Yarış avqustun 13-də başlayacaq və 9 gün davam edəcək. Azərbaycan turnirdə 13 idmançı ilə təmsil olunacaq.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, U-19 Avropa çempionatında ölkəmizi 11 kişi və 2 qadın boksçu təmsil edəcək.
Yarışda Əli Əliyev, Nihat Qasımov, Əli Baxışov, Şahin Aslanov, Rza Rzayev, Adil Zalov, Renat Qiyaslı, Heydər Əzməmmədov, Zaur Səmədov, Səfdər Məmmədzadə, Banuçiçək Nəsirli, Gülər Hüseynova və Əminə Tağıya mübarizə aparacaq.
Emil Qurbanəliyev və Asif Məmmədov çempionatın hakimləri, Anar Babanlı isə referilərin işini qiymətləndirən şəxs kimi fəaliyyət göstərəcək.
17:11 10.08.2026
Oxunuş sayı: 35