Türkiyə Qara dənizdə kommersiya gəmilərinin hərəkətini bərpa edib
Türkiyə Qara dənizdə kommersiya gəmilərinin hərəkətinə tətbiq olunan qısamüddətli məhdudiyyətləri aradan qaldırıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” gəmi izləmə məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, avqustun 9-da “Aegean Dream” neft tankeri Dardanel boğazına daxil olub. Gəmi cümə axşamından etibarən ərazidə növbəsini gözləyib.
İzləmə məlumatlarında gəminin təyinat məntəqəsi kimi Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalı göstərilib.
Həmin gün “Mehmet Kahveci A” konteyner gəmisi də boğazdan keçərək Novorossiyskə istiqamətlənib.
Bundan əvvəl Türkiyənin gəmilərə qarşı hücumlarla bağlı narahatlıq fonunda Qara dənizdə kommersiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa başladığı bildirilmişdi.
17:53 10.08.2026
Oxunuş sayı: 43