Azərbaycan yığmaları Türkiyədə mübarizə aparacaq
Azərbaycanın qadın və kişi çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Turnirdə Azərbaycan qadınlardan Səbinə Əlizadə və Leyla Əliyeva, kişilərdən isə Nəriman Bayramlı və Muhammad Aslanlı ilə təmsil olunacaq. Yığmalara baş məşqçi Atvars Vilde rəhbərlik edəcək.
12:39 10.08.2026
Oxunuş sayı: 40