Kaladze Aİ-ni ikili standartlarda ittiham edib
Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaların Gürcüstana daha çox zərər vuracağını bildirib.
Crossmedia.az xəbər verir ki, Gürcüstan mediası bu barədə məlumat yayıb.
Kaladzenin sözlərinə görə, Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Rusiya iqtisadiyyatına ciddi zərər vurmayacaq, əksinə, ölkənin özünə və əhalisinə mənfi təsir göstərəcək.
O, həmçinin Avropa İttifaqını ikili standartlarda ittiham edib. Kaladze bildirib ki, Brüssel Moskva ilə ticarət əlaqələrini davam etdirərkən digər ölkələri Rusiya ilə iqtisadi əlaqələri kəsməyə çağırır.
17:36 10.08.2026
Oxunuş sayı: 39