Bolqarıstanda 50-yə yaxın avtomobil toqquşub: 5 nəfər ölüb
Bolqarıstanda təxminən 50 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində beş nəfər həyatını itirib, xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, hadisə Bolqarıstanın Yambol şəhəri yaxınlığındakı “Trakiya” avtomagistralında baş verib.
Qəza sıx duman şəraitində qeydə alınıb. Toqquşmadan sonra hadisə yerində yanğın başlayıb.
14:42 10.11.2026
Oxunuş sayı: 47