Netanyahu Trampı İranla müharibəni bərpa etməyə çağırır
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İranla hərbi əməliyyatları yenidən başlatmağa razı salmağa çalışır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahu Trampa hər gün zəng edərək onu İrana qarşı müharibəni bərpa etməyə təşviq edir. Ağ Ev daxilində və ondan kənarda müharibənin yenidən başlamasını istəməyən şəxslər isə bu cəhdlərə qarşı çıxmağa çalışırlar.
Məlumata əsasən, İsrail hökumət başçısının yeni hərbi əməliyyatlara başlamaq üçün göstərdiyi israrlı səylər ərəb ölkələrinin liderlərində narahatlıq yaradıb. Onlar regionda vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edirlər.
12:18 10.11.2026
Oxunuş sayı: 41