Kubilyus: Avropa Rusiyaya qarşı müdafiəsini gücləndirməlidir
Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus Avropanın Rusiya ilə yeni təhlükəsizlik arxitekturası barədə razılaşmaq əvəzinə, öz müdafiə imkanlarını gücləndirməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Kubilyus bu barədə müsahibəsində danışıb.
O qeyd edib ki, NATO və Avropa İttifaqı Rusiyaya təhdid yaratmır. Komissarın sözlərinə görə, Alyansın regiondakı mövcudluğunun azaldılması Moskvanın Baltikyanı ölkələrə, Polşaya, Finlandiyaya və İsveçə təzyiq imkanlarını artıra bilər.
Kubilyus Rusiya Prezidenti Vladimir Putinin sülh sazişinə hazır olduğuna dair heç bir əlamət görmədiyini də vurğulayıb. O, Əbu-Dabidə keçirilən danışıqlardan gözləntilərini isə “olduqca məhdud” adlandırıb.
12:20 10.11.2026
Oxunuş sayı: 44