“Yeni Müsavat” qəzeti 37 yaşını qeyd edir
10 noyabr Azərbaycan milli mətbuatının tarixində özünəməxsus yeri olan “Yeni Müsavat” qəzetinin yaranma günüdür.
“Yeni Müsavat” illər ərzində ölkənin ictimai-siyasi həyatında baş verən proseslərin işıqlandırılmasında, milli maraqların müdafiəsində, cəmiyyətin məlumatlandırılmasında və fikir müxtəlifliyinin təmin olunmasında özünəməxsus rol oynayıb. Çətin və məsuliyyətli media yolunda qazandığı təcrübə, formalaşdırdığı ənənələr və oxucuları ilə yaratdığı bağ qəzetin nüfuzunun əsas göstəricilərindəndir.
Dəyişən informasiya mühitində ənənəvi jurnalistika prinsiplərini qorumaq, operativliklə yanaşı, peşəkarlığa və obyektivliyə sadiq qalmaq xüsusi əhəmiyyət daşıyır. “Yeni Müsavat”a bu yolda daha böyük uğurlar arzulayırıq.
Qoy qəzetin səhifələri bundan sonra da cəmiyyət üçün aktual mövzulara, mühüm hadisələrə və obyektiv sözə yer versin. “Yeni Müsavat”ın tarixi ənənələri gələcək nəsillər üçün də yaşasın!
Crossmedia.az ailəsi olaraq bu əlamətdar gün münasibətilə qəzetin kollektivini, rəhbərliyini, bütün əməkdaşlarını və bu mətbu orqanın inkişafına töhfə vermiş hər kəsi səmimi-qəlbdən təbrik edirik!
Doğum günün mübarək, “Yeni Müsavat”!
10:00 10.11.2026
Oxunuş sayı: 49