Saakaşvili məhkəmədə əl çalıb
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında gülümsəyərək əl çalıb.
Crossmedia.az xəbər verir ki, iclas zamanı lentə alınan görüntülərdə Saakaşvilinin bu davranışı diqqət çəkib.
Xatırladaq ki, Mixeil Saakaşvili 2004-2013-cü illərdə iki müddət ardıcıl olaraq Gürcüstan prezidenti olub. 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edən siyasətçi bir müddət Ukrayna Prezidenti Petro Poroşenkonun ştatdankənar müşaviri və islahatlar üzrə beynəlxalq məsləhət şurasının rəhbəri vəzifələrində çalışıb.
2021-ci ilin oktyabrında bələdiyyə seçkiləri ərəfəsində Gürcüstana qayıdan Saakaşvili saxlanılıb və cəzasını çəkmək üçün həbsxanaya göndərilib. O, həbsdə olduğu müddətdə aclıq aksiyası keçirib. Daha sonra səhhətinin pisləşdiyini bildirərək azadlığa buraxılmasını tələb edib.
10:04 10.11.2026
Oxunuş sayı: 38