Rubio: Ukraynaya veriləcək zəmanətlər Rusiyanın da razılığını tələb edir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Qərbin Ukraynaya təqdim edəcəyi təhlükəsizlik zəmanətləri Rusiyanın da qəbul edə biləcəyi şərtlərə əsaslanmalıdır.
Crossmedia.az xəbər verir ki, Rubio bu barədə açıqlamasında danışıb.
“Bu, Rusiyanın da razılaşacağı bir şey olmalıdır. Əks halda, bu, işləməyəcək”, – deyə ABŞ dövlət katibi bildirib.
Rubionun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı hələlik konkret plan mövcud deyil. Tərəflər hazırda yalnız mümkün variantları müzakirə edirlər.
ABŞ rəsmisi təhlükəsizlik zəmanətlərini gələcək nizamlanmanın əsas şərtlərindən biri adlandırıb. Onun fikrincə, bu mexanizm müharibədən sonra Ukraynada təhlükəsizlik hissini təmin etməli, eyni zamanda Moskvanın maraqlarını da nəzərə almalıdır.
11:31 10.11.2026
Oxunuş sayı: 32