Sumqayıtda avtomobil yanaraq yararsız hala düşüb
Sumqayıt şəhərində avtomobil tamamilə yanıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb.
1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb.
Yanğının başvermə səbəbləri araşdırılır.(Report)
11:40 10.11.2026
Oxunuş sayı: 40