Tramp Hegsethin impiçment cəhdinə qarşı çıxıb
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsethin impiçment təşəbbüsünə qarşı çıxaraq Konqresi onu dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp bildirib ki, Respublikaçı konqresmen Tomas Massi ölkənin ən populyar və uğurlu hərbi rəsmilərindən biri hesab etdiyi Pit Heqsethə qarşı impiçment təşəbbüsü irəli sürməyə çalışır.
ABŞ Prezidenti Heqsethin rəhbərliyi dövründə hərbi xidmətə qəbulun rekord həddə çatdığını iddia edib. O, bu göstəricinin Co Baydenin prezidentliyi dövründə ən aşağı səviyyədə olduğunu bildirib.
Tramp həmçinin Venesuela və İranla bağlı hadisələri ABŞ-ın iki qələbəsi kimi qiymətləndirərək Heqsethin impiçment edilmək əvəzinə təqdir olunmalı olduğunu vurğulayıb.
O, Konqresi müdafiə nazirinə dəstək verməyə çağırıb.
10:28 10.11.2026
Oxunuş sayı: 48