“The End of Everything” romanı “Buker” mükafatına layiq görülüb
Britaniyalı yazıçı M. Con Harrison “The End of Everything” romanına görə 2026-cı il “Buker” mükafatının qalibi olub. Bu, elmi fantastika janrında yazılmış əsərin mükafata layiq görüldüyü ilk haldır.
Crossmedia.az xəbər verir ki, “Buker” mükafatının rəsmi saytı bu barədə məlumat yayıb.
81 yaşlı yazıçı mükafat tarixində bu ada layiq görülən ən yaşlı müəllif olub. Onun satirik antiutopiya janrındakı 13-cü romanı yaxın gələcəkdə, İngiltərənin Kent sahillərində baş verən hadisələrdən bəhs edir.
Əsərdə qlobal fəlakətdən sonra cəmiyyətin dağılması, sirli yadplanetli varlıqların meydana çıxması, rəqəmsal mühitin təsiri və insanların dəyişən dünyanı anlamaqda çətinlik çəkməsi kimi mövzular əks olunub.
Münsiflər heyətinin sədri, tarixçi Meri Börd romanı müasir siyasətə gələcəyin prizmasından baxış kimi xarakterizə edib.
Harrison final mərhələsində əvvəlki “Buker” qalibləri və Pulitser mükafatı laureatı da daxil olmaqla beş rəqibini geridə qoyub.
12:05 10.11.2026
Oxunuş sayı: 55