Sonuncu rus imperatorunun sərvəti və aqibəti
Rusiya İmperatoru II Nikolayın taxt-tacdan imtina edərək istefası zamanı (1917-fevral) bu ailəyə yanlış olaraq Romanovlar sülaləsi deyilirdi. Artıq 1730-cu ildə Romanovlar sülaləsi bitmişdi. Bu ikinci Pyotrun ölümündən sonra baş verir.
1761-ci ildə uşağı olmayan Yelizaveta Petrovna hakimiyyəti öz bacısı oğlu, alman əsilli olan Karl Peter Ulrixə həvalə edir. O Qolşteyn-Qotterpov sülaləsindən idi və III Pyotr olaraq ölkəyə elan edildi. Sülalənin adını dəyişdirməyə fürsət olmadı. III Pyotr bunu etmədi, onun arvadı II Yekatirina isə özü də alman idi və bu həssas movzuya toxunmaq istəmədi. Bundan sonra sülalənin adını çəkməkdən çəkinir və onu Rus İmperator Evi olaraq adlandırmağa başlayırlar. Xarici sənədlərdə isə Rus imperatorları Qolşteyn-Qottorp olaraq qeyd edilir və mötərizədə Romanov əlavə edilirdi.

Rusiya dövlətində I Yekatrina ilk qadın hökmdar idi. Marta Skvaronskaya adlı bir Lyon kəndlisi və yetim bir qız idi. Rus əsgərlərinə əsir düşdükdən sonra 1703-cü ilin payızında Pyotr onu görür və öz yanına gətirir. Bundan sonra bütün hərbi yürüşlərdə Marta Pyotrun yanında olur. Onun doqquz uşağı erkən yaşlarında ölür. 11 uşaqdan ikisi sağ qalır. İki qız uşağı Anna və Elizaveta I Pyotrun nəslini davam etdirirlər. Pyotr ölümündən 8 ay əvvəl Yekatrinanın hökmranlığına dair fərman verir və şəxsən ona tacqoyma mərasimi keçirir.
II Pyotr 1715-ci il oktyabrın 23-də Sankt-Peterburqda anadan olub. Atası Böyük Pyotrun sağ qalan yeganə oğlu idi. Anasının Avropa monarxları ilə sıx əlaqələri var idi və anasının vasitəsilə Peter Avstriya imperatriçası Mariya Terezanın əmisi oğlu idi. 14 yaşında öldükdən sonra Romanovların rəsmi şəcərəsi bitir.
III Pyotr Feodoroviçin əsl adı qeyd etdiyimiz kimi Karl Peter Ulrix Şlezviq-Holşteyn-Qottorpdan idi və yanvar 1762-ci ildən həmin ilin 9 iyuluna qədər Rusiyanın imperatoru olub. Həmin il həyat yoldaşı II Yekaterina onu saray çevrilişi ilə devirir və hakimiyyətə gəlir. II Yekatrinanın qızlıq soyadı da Sofiya Augusta Friederike von Anhalt-Zerbst idi.
III Pyotr, yəni Peter Holşteyn-Qottorp hersoqu Karl Fridrix və doğuşdan sonrakı qızdırmadan vəfat edən Rusiyanın Böyük Hersoginyası Anna Petrovnanın oğlu idi. Atasının ölümündən sonra Holşteyn-Qottorp taxtına çıxdıqdan sonra Peter 1742-ci ildə həm Rusiya, həm də İsveç taxtlarının varisi elan edildi. Lakin sonralar Rus Pravoslavlığını qəbul etdiyinə görə İsveç kralı olmaqdan məhrum edildi.
Göründüyü kimi “romanovlar” sülaləsinə dəxli olmayan II Nikolay imperatorluqdan istefa verdiyi zaman dünyanın ən sərvətli adamı hesab edilirdi. Rus İmperatorunun 1917-ci ilin Fevral çevrilişi zamanı sərvətini bu günün meyarları ilə dəyərləndirənlər hesab edirlər ki, hal-hazırda bu məbləğ 300 milyard dollara bərabər olmalı idi. Rus İmperatoru ailəsi ilə birlikdə sibirdə bir evin zirzəmisində güllələnəndən sonra bu sərvət kimin əlinə keçdi sualı hələ də aktualdır.
İmperator ailəsinin 50-dən artıq Faberje yumurta kolleksiyası, çox böyük və bahalı iki Yaxtası, İngiltərə bankında saxlanılan 7 ton qızılı sərvət ovçularının həmişə diqqətində olub.
İngiltərə kralı V Giorq II Nikolayla xalaoğlu idilər və biri-birinə çox oxşayırdılar. V Giorq Rus inqilabından sonra II Nikolaya və onun ailəsinə İngiltərəyə gəlməyə icazə vermir və ailənin güllələnməsindən sonra onların İngiltərədəki sərvətini mənimsəyir.
Sonrakı illərdə Faberje kolleksiyasını bolşeviklər xarici hərraclarda satışa qoydular və SSRİ-də bu işlərə A.Mikoyan rəhbərlik edirdi. İmperator ailəsinə aid olan bir çox ziynət əşyalarını da İngiltərə kral ailəsi hərraclardan satın almağa başlayır.
II Nikolayın xalası Mariyanın brilyantlarla bəzədilmiş tacı İngiltərəyə aparılır və İngilis kral ailəsinə mənsub Mariya Tekskaya onu mənimsəyir. Mariyadan sonra bu tac karaliça Elizavetaya çatır. II Nikalayın anası Mariya Fyodorovnaya məxsus zinət əşyaları xüsusi maraq yaradırdı. Onun brilyant əhatəli sapfirli broşuni V Georqun arvadı alır. 1953-cü ildə bu broş da Yelizavetaya keçir və hal-hazırda onu şahzadə Anna daşıyır. II Nikolayın anasına məxsus mirvarili kolye də karaliça Mariya Tekskayaya çatır. Sonralar bu kolyeni Şahzadə Anna və Şahzadə Diana da daşımağa başlayırlar.
1917-ci ilin mart ayının 2-də müvəqqəti hökumət II Nikalayın əmlakından 93.5 milyon rubl qızıl pul dəyərində mülkiyyəti milliləşdirdi. Sonra İmperator ailəsinin bütün rezidennsiyaları milliləşdirildi. Hər biri 3.5 və 5.5 milyon rubl dəyərində iki yaxta da xidməti məqsədlər üçün olduğundan milliləşdirildi.
Hakimiyyətdən istefa verdiyi zaman II Nikolayın bir milyon rubl şəxsi istifadəsində 14 milyob rubl isə xarici banklarda saxlanıldığı hesab edilir. 1922-ci ildə isə bolşevik hökuməti imperator ailəsinə məxsus 500 milyon dollar dəyərində zinət əşyalarını hərrac vasitəsi ilə satdı. Belə hərraclar 1934-cü ilə qədər davam etdi. İmperator ailəsinə məxsus çox az sayda zinət əşyaları Kremlin almaz fondunda indi də saxlanılır.
Rus imperator ailəsinin varisləri ilə əlaqədar bəxti gətirmirdi. Varislər xəstə doğulur və uzun müddət yaşamırdılar. İmperator ailəsinin XIX əsrdən başlayaraq varis xəstəliklərinin əsasını İngiltərə kraliçası Viktoriya ilə əlaqələndirirdilər.


12:00 10.11.2026
Oxunuş sayı: 49