Kreml Əbu-Dabi danışıqlarının təfərrüatlarını açıqlamayacaq
Kreml Əbu-Dabidə keçirilən danışıqlar başa çatana qədər onların təfərrüatlarını ictimaiyyətə açıqlamaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşün gedişindən asılı olaraq, Rusiya nümayəndə heyəti ya prezidentlə onlayn əlaqə saxlayacaq, ya da danışıqların nəticələri barədə Moskvaya qayıtdıqdan sonra məruzə edəcək.
13:37 10.11.2026
Oxunuş sayı: 41