Ermənistan Tallində səfirlik açacaq
Ermənistan yaxın aylarda Estoniyanın paytaxtı Tallində daimi səfirliyini açmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, səfirliyin açılması iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində daha bir mühüm mərhələ olacaq.
Xatırladaq ki, Estoniya 2026-cı ilin aprelində İrəvanda daimi səfirliyini açıb.
12:43 10.11.2026
Oxunuş sayı: 72