Kiyev iki hissəyə ayrıla bilər
Kiyevdə körpülərin vəziyyəti pisləşərsə, şəhərin sol və sağ sahilləri arasında nəqliyyat əlaqəsi kəsilə bilər.
Crossmedia.az xəbər verir ki, UNİAN bu barədə məlumat yayıb.
Ukrayna Ali Radasının Nəqliyyat və İnfrastruktur Komitəsi sədrinin müavini Vladimir Kreidenkonun sözlərinə görə, Rusiya zərbələri kritik infrastruktura zərər vurmaqda davam edərsə və şəhər rəhbərliyi alternativ yollar hazırlamazsa, metronun uzun müddət fəaliyyətini dayandırması və nəqliyyat sisteminin iflic olması riski böyükdür.
Deputat bildirib ki, 2027-ci ilin fevralında – martın əvvəlində iki müvəqqəti ponton keçidinin istifadəyə verilməsi planlaşdırılır. Lakin onun fikrincə, bu keçidlərin gündəlik 300 min avtomobilin hərəkətini təmin edəcəyi şübhə doğurur. Bu göstərici hazırkı nəqliyyat axınının təxminən yarısına bərabərdir.
Qeyd edək ki, Kiyevin meri Vitali Kliçko noyabrın 7-də Rusiya qüvvələrinin zərbəsindən sonra Şimal körpüsünün görüntülərini yayımlayıb. İki gün sonra şəhərdə nəqliyyat iflici başlayıb. Oxşar vəziyyət oktyabrın 27-də Cənub körpüsünə endirilən zərbədən sonra da yaşanıb.
13:20 10.11.2026
Oxunuş sayı: 44