ABŞ və Çin Tramp, Si və Putin arasında görüşün formatında razılığa gələ bilmir
ABŞ və Çin noyabrın 18-19-da keçirilməsi təklif olunan Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında üçtərəfli sammitin formatı ilə bağlı fikir ayrılığı yaşayır.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Pekin əvvəlcədən hazırlanmış bəyanatlar və razılaşdırılmış nəticələrlə müşayiət olunan, ciddi şəkildə planlaşdırılmış görüş formatını istəyir. Vaşinqton isə xüsusilə nüvə silahlarına nəzarət məsələsi üzrə açıq müzakirələrin keçirilməsində maraqlıdır.
Çin üçtərəfli nüvə danışıqlarına qarşı çıxır. Pekin hesab edir ki, belə müzakirələr ölkənin nüvə potensialı baxımından ABŞ və Rusiya ilə müqayisədə geridə qalmasını rəsmiləşdirə bilər.
Tərəflər arasındakı fikir ayrılıqları sammitin keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaradır.
13:02 10.11.2026
Oxunuş sayı: 40