Qulaq pirsinqi kabusa çevrildi: görmə qabiliyyətini itirirdi
Rusiyalı bloqçu Kseniya Xudyakova qulaqlarını deşdirdikdən sonra gözlərində ciddi zədələnmə yaranıb və o, demək olar ki, görmə qabiliyyətini itirirdi.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
28 yaşlı psixoloq hadisə barədə şəxsi Instagram hesabında paylaşım edib. O bildirib ki, pirsinq salonuna getdikdən sonra axşam saatlarında gözlərində yanma və qızartı hiss edib. Əvvəlcə bunu gözlərini kəskin təsirli vasitə ilə yuması ilə əlaqələndirib.
Lakin sonradan ağrıları şiddətlənib, səhər göz qapaqlarını aça bilməyib və gözlərinin üzərində örtük hiss edib. Oftalmoloqa müraciət edən Xudyakovaya göz səthinin yanığı diaqnozu qoyulub.
Həkimin sözlərinə görə, zədələnmə ultrabənövşəyi şüalanma, o cümlədən kvars lampanın təsiri nəticəsində yaranmış ola bilər. Belə yanıqlar ağır hallarda buynuz qişada çapıqlara, görmənin zəifləməsinə və hətta geri dönməz görmə itkisinə səbəb ola bilər.
Bloqçu daha sonra xatırlayıb ki, qulaqları deşilərkən divanda uzanıb və təxminən bir dəqiqə ərzində otağı dezinfeksiya edən resirkulyatora baxıb. Onun ehtimalına görə, gözlərinin zədələnməsi bununla bağlı ola bilər.
Qeyd edək ki, iyul ayında Thais Reolon adlı bloqçu da bitkilərə qulluq edərkən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşmişdi.
13:31 10.11.2026
Oxunuş sayı: 41