Netanyahu Trampdan İrana zərbələri bərpa etməyi istəyir
- İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək İrana qarşı hərbi zərbələrin yenidən başlanmasına çağırır.
- Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
- Nəşrin yazdığına görə, Ağ Ev daxilində və xaricində münaqişənin yenidən alovlanmasını istəməyən qüvvələr Trampı hərbi eskalasiya əvəzinə danışıqlara üstünlük verməyə çağırırlar. Regional liderlər də ABŞ prezidentinə vəziyyəti gərginləşdirməmək və diplomatik həll yolunu seçmək barədə müraciət edirlər.
13:41 10.11.2026
Oxunuş sayı: 38