COP31 prezidenti Muxtar Babayevə təşəkkür edib
COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq iqlim prosesinə verdiyi töhfəyə və toplanmış təcrübənin ötürülməsinə görə COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o, bunu Antalyada COP31 çərçivəsində təşkil olunmuş "Keçmiş COP sədrlərinin birgə bəyanatı" tədbirində bildirib.
M.Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birlikdə çalışdığını vurğulayıb. O, Azərbaycanın sədrliyi dövründə toplanmış təcrübə və biliklərin COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinə ötürülməsini xüsusi qeyd edib.(Report)
14:17 10.11.2026
Oxunuş sayı: 38