Aİ Ukraynada hərbi mövcudluğunu rəsmiləşdirməyi planlaşdırır
Avropa İttifaqı ilk dəfə Ukrayna ərazisində hərbi qüvvələrinin rəsmi iştirakını təmin etmək niyyətini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında yayılan məlumatda bildirilir.
Məlumata görə, ehtimal olunan hərbi kontingentin sayı hələ açıqlanmayıb. Qərar Aİ-nin Ukrayna üçün hərbi təlim missiyasının strateji təhlili çərçivəsində qəbul edilib.
Ukrayna Silahlı Qüvvələrinin təlimi məqsədilə yaradılan missiya 2022-ci ildə fəaliyyətə başlayıb. Brüssel indiyədək missiyanın bütün fəaliyyətinin Avropa ərazisində həyata keçirildiyini bəyan edib.
14:40 10.11.2026
Oxunuş sayı: 35