Ermənistanda əsgərin ölümü ilə bağlı iki hərbçi həbs edilib
Ermənistanda hərbi qulluqçu Tiqran Stepanyanın ölümü ilə bağlı iki əsgər həbs olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurumun bildirdiyinə görə, hərbçilər Tiqran Stepanyanı intihara sövq etməkdə şübhəli bilinirlər. Hadisə ilə bağlı cinayət işi üzrə istintaq davam edir.
15:06 10.11.2026
Oxunuş sayı: 49