İsrail Qəzzə üzrə Sülh Şurası ilə əməkdaşlıq edir
İsrail hökuməti Qəzza zolağı ilə bağlı 15 maddəlik planla razılaşmasa da, Sülh Şurası ilə əməkdaşlığı davam etdirir.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Sülh Şurasındakı bir rəsmi nəşrə bildirib ki, İsrail nümayəndələri Baş nazir Benyamin Netanyahunun açıqlamalarına baxmayaraq, Qəzza zolağında təşkilatla yerli səviyyədə əməkdaşlıq edirlər.
Məlumata görə, əməkdaşlıq istiqamətlərindən biri anklav ərazisində zərbələrin intensivliyinin azaldılması məsələsidir.
Daha əvvəl Netanyahu İsrailin Qəzza zolağı üzrə Sülh Şurasının 15 maddəlik planını qəbul etmədiyini və radikal HƏMAS hərəkatı tam şəkildə tərksilah edilməyənədək İsrail ordusunun Fələstin anklavından çıxarılmayacağını bildirmişdi.
17:58 10.08.2026
Oxunuş sayı: 41