NАТО təyyarəsi Kalininqrad yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib
NATO-ya məxsus kəşfiyyat təyyarəsi avqustun əvvəlindən etibarən ikinci dəfə Kalininqrad vilayəti yaxınlığında müşahidə edilib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Məlumata görə, təyyarə Kalininqrad vilayətinin ətrafında dairəvi uçuş həyata keçirib.
"TASS"ın Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəsi bildirib ki, bu, avqustun əvvəlindən NATO kəşfiyyat təyyarəsinin həmin ərazidə ikinci müşahidə edilməsidir.
16:52 10.08.2026
Oxunuş sayı: 42